Bunu APA TV-yə "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.
Onun sözlərinə görə, gələcəkdə bu xəttin də davamı olaraq paytaxtın “Papanin” adlanan ərazisində yeni metro stansiya tikiləcək. Eyni zamanda şəhər istiqamətində uzanaraq Xətai və Keşlədən keçməklə Bakıxanov qəsəbəsinədək gedəcək: ""Bənövşəyi xətt"in davamı olaraq "Papanin"də və Heydər Əliyev adına İdman Kompleksinin yaxınlığında yeni bir stansiyanın tikintisinə başlanılıb. "Bənövşəyi xətt"ə "Avtovağzal", "Memar Əcəmi" "Papanin" və yeni tikintisinə başlanılan stansiyalar daxildir. Hələ ki bu adlar şərtidir. Hazırda B-1, B-2, B-3, B-4 adlandırılır".
Nəsimi Paşayev deyib ki, yaxın gələcəkdə “Dərnəgül” və “Xətai” stansiyaları arasında yeni xətt açılacaq və bu, “Yaşıl xətt" adlandırılacaq. Eyni zamanda “Dərnəgül”dən “Xətai”yə qədər uzanan “Yaşıl xətt"in davamı olaraq yeni xətt “Xətai”dən “Həzi Aslanov” stansiyasınadək olan ərazini əhatə edəcək və əsasən Nobel prospekti boyunca uzanacaq. “Xətai” stansiyasından sonra “Ağ şəhər”də, indiki Neft Emalı Zavodunun qarşısında yeni stansiya tikiləcək. Bu stansiya isə “Həzi Aslanov - 2” adlanacaq.
Bakıda yeni metro stansiyaları tikiləcək - VİDEO
22 iyun 2014 13:17 (UTC +04:00)
İnfrastruktur
Dünya Bankı Qara dəniz sualtı elektrik kabeli layihəsi üçün 30 milyon dollar ayırıb
15:01
22 may 2024
Cavanşir körpüsünün sökülməsi davam edir - FOTO
14:28
21 may 2024
“Samur”-“Yaraq-Qazmalar” buraxılış məntəqələrində avtomobil körpüsünün istismarı qaydaları müəyyənləşəcək
12:50
21 may 2024
Deputat: Rusiya, Gürcüstan, Türkiyə ilə giriş-çıxış yollarının sayı artırılmalıdır
12:47
21 may 2024