Bank Of Baku

Bakıdan İstanbula yeni aviareys açılır

Bakıdan İstanbula yeni aviareys açılır
# 07 fevral 2013 09:01 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Mayın 3-dən etibarən «Türk Hava Yolları» aviaşirkəti İstanbulun Sabiha Gökçen aeroportundan Bakıya uçuşlara başlayacaq. Bu barədə «APA-Economics»ə Heydər Əliyev Beynəlxalq Hava Limanından bildirilib.

 

«Bakıdan İstanbulun Sabiha Gökçen aeroportuna uçuşlar hər həftənin III, V, VI və VII günləri saat 07:20-də yerinə yetiriləcək. Mayın 30-dan etibarən isə uçuşlar hər gün həyata keçiriləcək», - deyə hava limanından bildirilib.

 

Qeyd edək ki, hazırda «Azərbaycan Hava Yolları» QSC (AZAL) Bakıdan İstanbulun Sabiha Gökçen aeroportuna həftənin bütün günləri (gündə iki dəfə – saat 07:50-də və 17:50-də) uçuşlar yerinə yetirir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR