Bank Of Baku

Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin Bakıda keçirilən ilk qlobal konfransı davam edir

Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin Bakıda keçirilən ilk qlobal konfransı davam edir
# 22 may 2014 07:38 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bakıda keçirilən Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (INCU) və Azərbaycan Dövlət Gömrük Komitəsinin birgə təşkilatçılığı ilə “Bali sazişindən irəli gələrək ticarətin asanlaşdırılması: siyasətin gerçəkləşməsi” mövzusunda ilk qlobal konfrans bu gün də davam edir.


APA-Economics”in məlumatına görə, konfransa 65 ölkədən 200-dək nümayəndə, o cümlədən iqtisadi elmlər üzrə 3 Nobel mükafatı laureatı qatılıb.


Bu gün konfransın ikinci günü əsas məruzə ilə iqtisadi elmlər üzrə Nobel mükafatı laureatı, Stenford və Harvard universitetlərinin iqtisadi elmlər professoru Alvin E. Rof çıxış edib. Daha sonra “ÜTT Bali razılaşmaları və bunların gömrük və işgüzar fəaliyyətə təsiri”, “Ticarətin asanlaşdırılmasının regional faydası”, “Gömrük-elm tərəfdaşlığı”, “Gömrük-biznes tərəfdaşlığı”, “İnnovasiyalar və ticarətin asanlaşdırılması”, “Doktorluğa namizədlər və tədqiqat aparan praktikantlar”, “Ticarətin asanlaşdırılması qarşısında dayanan maneələr”, “Ticarətin asanlaşdırılmasının regional perspektivləri”, “Fövqəladə və təbii fəlakət hallarında yardımın göstərilməsi zamanı ticarətin asanlaşdırılması” mövzularında məruzələr dinlənilib.


Sabah konfransın sonuncu iş günü ABŞ daxili təhlükəsizlik nazirinin beynəlxalq işlər üzrə müavini dr. Alan Bersinin əsas məruzəsi ilə başlayacaq, sonra isə plenar çıxışlara yer veriləcək.


Bundan başqa, INCU və Avropa Port İcma Sistemləri Assosiasiyası (“EPCSA”) arasında anlaşma memorandumunun imzalanması gözlənilir. Konfrans iştirakçıları Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisi ilə də tanış olacaqlar.


Qeyd edək ki, dünən konfransın açılışında Azərbaycan baş nazirinin müavini Abid Şərifov, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və INCU prezidenti, prof. Devid Uiddouson iştirak ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR