Bakı. Nicat Mustafayev – APA-Economics. «Azəryolservis» ASC tərəfindən Binəqədi rayonunun Biləcəri qəsəbəsində yerləşən Xurşudbanu Natəvan küçəsində təmir işlərinə start verilib. Bu barədə «APA-Economics»ə ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.
P.Mürsəliyev qeyd edib ki, sözügedən yolun uzunluğu 1 750 metr, eni isə 7 metr təşkil edir: «Bu yol ərazidən asılı olaraq 7 metrdən 16 metrədək genişləndiriləcək. Hazırda torpaq yatağı yenidən qurulub və əsas hazırlanıb, yolun asfalt-beton örtüyü dəyişdirilir».