Bank Of Baku

Bakı-Sumqayıt-Bakı elektrik qatarları bu gündən ikiqruplu qatar kimi hərəkətə başlayıb

Bakı-Sumqayıt-Bakı elektrik qatarları bu gündən ikiqruplu qatar kimi hərəkətə başlayıb
# 28 iyun 2018 10:24 (UTC +04:00)

“Azərbaycan Dəmir Yolları” QSC sərnişinlərə müraciət edib.

 

QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova "APA-Economics"ə bildirib ki, Bakı-Sumqayıt avtomobil yolunda təmir işləri ilə əlaqədar yollarda uzun tıxac yarandığından Bakı-Sumqayıt-Bakı istiqamətində  hərəkət edən elektrik qatarlarının xidmətindən istifadə edən sərnişinlərin sayı artıb.

 

Sərnişin sıxlığının tənzimlənməsi məqsədilə, Bakı-Sumqayıt avtomobil yolunda təmir işləri başa çatana kimi bu gündən (28 iyundan) etibarən Bakıdan 18:30-da, Sumqayıtdan saat 08:00-da yola düşən Bakı-Sumqayıt-Bakı elektrik qatarlarına əlavə heyət qoşularaq birləşdirilmiş halda ikiqruplu qatar kimi hərəkət edir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR