Bank Of Baku

Daşınmaz əmlakın elektron qeydiyyatı sistemi genişlənir

Daşınmaz əmlakın elektron qeydiyyatı sistemi genişlənir
# 04 fevral 2013 13:00 (UTC +04:00)

Bakı. Azər Məmmədli - APA. Vətəndaşlar məmurlarla ünsiyyət qurmadan daşınmaz əmlak sahəsində elektron müraciət edə bilərlər. APA-nın qərb bürosunun verdiyi məlumata görə, bu fikri Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənov Gəncədə “Regionlarda daşınmaz əmlakın qeydiyyatı sahəsində elektron xidmətlərin təşkili” mövzusunda keçirilən ictimai təqdimatda jurnalistlərə müsahibəsində bildirib.

 

Onun sözlərinə görə, elektron hökumətə keçidlə bağlı ölkə rəhbərliyinin tapşırığı var və bu istiqamətdə işlər aparılır və regionlarda da bu işlərin həyata keçirilməsi vacib məsələlərdəndir: “Komitə artıq may ayından öz fəaliyyət istiqamətlərində bir çox  xidmət növləri üzrə elektor xidmətlərə keçib. 6 xidmət növü üzrə bir elektron xidmət göstəririk. Yaxın günlərdə yeni 9 xidmət növü barədə elektron fəaliyyətə keçəcəyik. Yəni vətəndaşlar öz evlərindən məmur-vətəndaş ünsiyyəti olmadan birbaşa elektron formada müraciət edə bilər və elektron müraciət formasında özlərinə lazım olan daşınmaz əmlaklar haqqında arayışlarını, eyni zamanda təkrar qeydiyyatla bağlı istənilən sənədlərini götürə bilərlər”.

 

K.Həsənovun dediyinə görə, Komitəyə 2 mindən artıq vətəndaş elektron formada müraciət edib və onlar öz sənədlərini götürüblər. Komitə sədri bu rəqəmin kiçik olduğunu, amma gələcəkdə bu göstəricinin artacağını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR