Bank Of Baku

Dünyanın ən iri aviaşirkəti yaradılıb

Dünyanın ən iri aviaşirkəti yaradılıb
# 14 fevral 2013 13:02 (UTC +04:00)

 

 Artıq hər iki şirkətin Direktorlar Şurası sözügedən sövdələşməni təsdiqləyib.

 

«APA-Economics»in məlumatına görə, iki nəhəng şirkətin birləşməsi nəticəsində dünyanın ən iri aviaşirkəti yaradılır. Əqdin dəyəri 11 mlrd. ABŞ dolları məbləğində qiymətləndirilir. İlkin məlumatlara əsasən, yeni şirkət «American Airlines» adını daşıyacaq. Lakin aviaşirkətə «US Airways»in icraçı direktoru Duq Parker rəhbərlik edəcək. «American Airlines»ın hazırkı rəhbəri Tom Xorton isə yeni aviaşirkətin Direktorlar Şurasının sədri vəzifəsində çalışacaq.

 

Qeyd edək ki, yeni aviaşirkətin parkı 900 təyyarədən ibarət olacaq və ümumiyyətlə bu avialaynerlər gündə 3 200 aviareys yerinə yetirəcək. Aviaşirkətin ştatında 95 mindən artıq işçi çalışacaq.

 

Xatırladaq ki, «American Airlines» və «US Airways» şirkətlərinin birləşməsi «American Airlines»ın öz biznesini restrukturizasiya etmək planları ilə bağlıdır. Şirkət 2011-ci ilin noyabr ayından özünü müflisləşmədən qoruyur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR