Bakı. Nicat Mustafayev – APA-Economics. Martın 7-dən etibarən «Tajik Air» aviaşirkəti Düşənbə-Bakı aviareysini bərpa edəcək.
Heydər Əliyev Beynəlxalq Aeroportundan «APA-Economics»ə verilən məlumata görə, martın 7-dən etibarən Düşənbə-Bakı-Düşnəbə marşrutu ilə uçuşlar bərpa olunacaq. Bakıdan Düşənbəyə uçuşlar hər həftənin V günləri saat 01:30-da yerinə yetiriləcək.
Uçuşlar «Boeing-737» tipli avialaynerlə yerinə yetiriləcək.
Xatırladaq ki, ötən ilin iyulun 10-da açılmış Düşənbə-Bakı-Düşənbə aviareysi sərnişinlərin azlığı səbəbindən sonradan yerinə yetirilməyib.