Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda 2012-ci il ərzində dövlət əmlakının mövcudluğu, qorunub saxlanılması və ondan səmərəli istifadə olunması, dövlət büdcəsinə çatacaq dividendlərin hesablanması və ödənilməsi vəziyyətinin araşdırılmasına dair ümumilikdə 170-ə yaxın monitorinq keçirilib. Əmlak Məsələləri Dövlət Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, bu barədə Komitədə 2012-ci ilin nəticələrinə dair keçirilən iclasda bildirilib.
Bu ilin yanvarın 1-nə ƏMDK-nın sərəncamında olan 95 dövlət müəssisəsindən 82-si və 313 dövlətə məxsus səhmləri olan səhmdar cəmiyyətlərindən 268-i 2011-ci ilin illik balans hesabatlarını, ƏMDK-nın sərəncamında olan 95 dövlət müəssisəsindən 92-si və 313 dövlətə məxsus səhmləri olan səhmdar cəmiyyətlərindən 309-u əmlakın inventarizasiya aktlarını təqdim edib.