Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Turizm Agentliyi ilə birgə ölkənin turizm zonalarında qida təhlükəsizliyi üzrə dövlət nəzarətini həyata keçirəcək.
“APA-Economics”in məlumatına görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Azərbaycanda yay mövsümü ilə əlaqədar ölkəmizə turist axını çoxalır: "Ölkəmizə çoxlu əcnəbi turistlər gəlir. Həmdə yerli turistlər ölkə daxilində istirahət edirlər. Mövsümi xarakter daşıyan istirahət zonalarında insanların kütləvi qidalanması olur. Buna görə də gələn aydan başlayaraq Turizm Agentliyinin əməkdaşları ilə birlikdə həmin iaşə obyektlərində monitorinq və audit tədbirləri aparılacaq".