Bank Of Baku

Hacıqabul-Kürdəmir avtomobil yolunda 5 yol qovşağının tikintisi başa çatdırılıb - FOTO

Hacıqabul-Kürdəmir avtomobil yolunda 5 yol qovşağının tikintisi başa çatdırılıb - <span style="color: red;">FOTO
# 31 oktyabr 2013 07:17 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bakı şəhərindən Azərbaycan-Gürcüstan sərhədinə qədər avtomobil yolunun tərkib hissəsi olan Hacıqabul-Kürdəmir yolunda təmir işləri davam etdirilir. Yolun uzunluğu 80 km təşkil edir. Layihə üzrə 5 yol qovşağı, 1 körpü,  müxtəlif diametrli suötürücü boruları, yeraltı keçidlər və  yaşayış məntəqələrindən keçən ərazilərdə yerli yolların tikintisi nəzərdə tutulub.

 

«Azəryolservis» ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin «APA-Economics»ə verdiyi məlumata görə, tikinti işləri çərçivəsində 1 körpü və yanaşma yolları istisna olmaqla, 5 yol qovşağının tikintisi başa çatdırılıb.

 

Məlumata görə, nəzərdə tutulan 196 suötürücü qurğusundan 160-ı tikilib, torpaq işlərinin 94%-i, asfalt  işlərinin  isə 75%-i yerinə yetirilib. Tətbiq olunan iki növbəli iş rejiminə uyğun olaraq hazırda  tikinti işləri sürətlə davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR