Bank Of Baku

İran səfiri: “Bakı-Məşhəd aviareysinin açılması ilə bağlı danışıqlar davam edir”

İran səfiri: “Bakı-Məşhəd aviareysinin açılması ilə bağlı danışıqlar davam edir”
# 14 dekabr 2013 09:39 (UTC +04:00)

Bu barədə APA-ya İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin məlumat verib. O bildirib ki, “Azərbaycan Hava Yolları” və “İran Air” şirkətləri arasında birbaşa uçuşların yerinə yetirilməsi ilə əlaqədar müzakirələr aparılıb. Səfir əlavə edib ki, əsas məsələ uçuşların iqtisadi cəhətdən sərfəli olmasıdır: “Əgər şirkətlər razılığa gəlsələr, birbaşa uçuşlar baş tutacaq”.

 

Diplomatın sözlərinə görə, çoxlu sayda Azərbaycan vətəndaşı Məşhədə gedərək İmam Rzanın məqbərəsini ziyarət etmək istəyir: “Qış aylarında hava soyuq olur və iki şəhər arasında məsafə böyükdür. Ona görə də bir çox Azərbaycan vətəndaşı iki şəhər arasında uçuşların açılması üçün müraciət edib”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR