Bakı. Real Cəfərli - APA. İranla Türkiyə arasında nəqliyyat sahəsində əməkdaşlıq memorandumu imzalanıb.
APA-nın İRNA-ya istinadən məlumatına görə, sənəd noyabrın 28-də Ankarada İranın yol, məskən və şəhərsalma nazirinin müavini, Yol Problemləri və Avtomobil Yolları Nəqliyyatı Təşkilatının sədri Davud Keşavərziyanla Türkiyənin kommunikasiya, yol-nəqliyyat və dənizçilik nazirinin müşaviri Tələt Aydın arasında imzalanıb.