"İyulun 1-dən etibarən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahədə dövlət nəzarətini həyata keçirəcək".
“APA-Economics”in məlumatına görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, iyulun 1-dən etibarən Agentlik baytarlıq və fitosanitar sahədə nəzarət işlərini həyata keçirəcək.