Bakı şəhərində istehlak məhsullarının və xidmətlərin qiymətləri may ayında aprel ayına nisbətən eyni səviyyədə qalıb.
Bakı şəhər Statistika İdarəsindən “APA-Economics”ə verilən məlumata görə, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,9% ucuzlaşıb, qeyri-ərzaq məhsullarının qiymətləri 0,3%, xidmətlər üzrə qiymətlər isə 0,9% bahalaşıb.