Bank Of Baku

Nazir: “Gürcüstan Abxaziya dəmiryolunun bərpası məsələsini müzakirə etməyə hazırdır”

Nazir: “Gürcüstan Abxaziya dəmiryolunun bərpası məsələsini müzakirə etməyə hazırdır”
# 13 fevral 2013 15:34 (UTC +04:00)

 

Gürcüstan. Nizami Məmmədzadə - APA. “Gürcüstan Abxaziya dəmiryolunun bərpası məsələni müzakirə etməyə hazırdır”. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri bu gün Tiflisdə keçirilən “Şərq Tərəfdaşlığı” proqramına üzv ölkələrin nəqliyyat nazirlərinin mətbuat konfransında Gürcüstanın sabit inkişaf və iqtisadiyyat naziri Georgi Kvirikaşvili jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Abxaziya dəmiryolunun bərpası Gürcüstan-Rusiya münasibətlərinə aid məsələdir: “Gürcüstan öz məhsullarını Rusiya bazarında satmaq üçün bu məsələni Rusiya ilə müzakirə etməyə hazırdır”.

Mətbuat konfransında Abxaziya dəmiyolunun bərpasına Ermənistan nəqliyyat nazirinin müavini Aşot Avetisyan da münasibət bildirib: “Ermənistan bu dəmiryolun bərpasına çox müsbət baxır. Bu bizə imkan verəcək ki, Ermənistanın Rusiya ilə birbaşa əlaqəsini bərpa etsin. Ona görə Ermənistan bütün məsələlərdə bu dəmiryolunun açılışını dəstəkləyəcək”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR