Bakı. Ramiz Mikayıloğlu - APA. Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Macarıstanın iqtisadi inkişaf naziri Juja Nemetin dəvəti ilə bu ölkədə rəsmi səfərdə olub.
Azərbaycanın Macarıstandakı səfirliyindən APA-ya verilən məlumata görə, iki gün davam edən səfər Macarıstanın Vezprem şəhərindən başlanıb. Ə.Abbasov şəhərdə yerləşən və əsasən informasiya texnologiyaları üzrə ixtisaslaşan Pannoniya Universitetinin qonağı olub. Universitetin rektoru Ferens Friedler ali təhsil müəssisəsinin tarixi, keçdiyi inkişaf yolu, əsas tədris və tədqiqat istiqamətləri barəsində geniş məlumat verib. Pannoniya Universitetinin təcrübə və potensialından Bakıda qurulmasına başlanan İnformasiya Texnologiyaları Universitetində istifadə olunması məsələsi universitet rəhbərliyi və fakültə dekanları ilə görüşdə müzakirə edilib.
Ə.Abbasov tələbə və müəllim heyəti qarşısında “İnformasiya və kommunikasiya texnologiyalarının qlobal inkişaf istiqamətləri” mövzusunda mühazirə ilə çıxış edib, çoxsaylı sualları cavablandırıb. F.Friendler Ə.Abbasovun informasiya texnologiyaları sahəsindəki mühüm xidmətlərini yüksək qiymətləndirib və Pannoniya Universiteti Elmi Şurasının qərarı ilə ona universitetin xatirə medalını təqdim edib.
Səfər zamanı Macarıstanın iqtisadi inkişaf nazirliyində Juja Nemet və Əli Abbasov arasında görüş keçirilib. Görüş zamanı ikitərəfli münasibətlərin bir sıra əsas aspektləri, habelə informasiya texnologiyaları sahəsində əməkdaşlıqla bağlı geniş fikir mübadiləsi aparılıb. Azərbaycan-Macarıstan hökumətlərarası birgə iqtisadi komissiyasının növbəti Bakı toplantısına qədər əməkdaşlığın başlıca istiqamətləri ilə bağlı protokolun hazırlanması qərara alınıb. Ə.Abbasov macar həmkarını bu il dekabrın əvvəlində Bakıda keçiriləcək “Bakutel” beynəlxalq sərgisinə dəvət edib.
Ə.Abbasov Avropanın mühüm informasiya texnologiyası mərkəzlərindən biri sayılan Budapeştin “
Qeyd edək ki, Macarıstan İqtisadi İnkişaf Nazirliyinin dövlət katibi Vilmoş Valyu-Nad, Macarıstanın Azərbaycandakı səfiri Jolt Çutora və Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev səfər proqramında iştirak ediblər.