Bakı. Aynur Əliyeva – APA-Economics. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunları ilə bağlı bütün planlarını ardıcıl yerinə yetirir. Belə ki, I Avropa Olimpiya Oyunlarının Əməliyyat Komitəsi beynəlxalq rouminq qiymətlərinin aşağı salınmasını təklif edib. Bunu APA TV-nin “Sosium” verilişində qonaq olan rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.
Onun sözlərinə görə, hazırda bu məsələ nəzərdən keçirilir.
“Amma bu, təkcə bizimlə bağlı deyil. Başqa ölkələrdən də məsələ ilə bağlı razılıq almaq lazımdır”, - deyə o bildirib.