Bank Of Baku

Ölkəyə qaçaqmalçılıq yolu ilə pirotexniki vasitələrin gətirilməsinin qarşısı alınıb

Ölkəyə qaçaqmalçılıq yolu ilə pirotexniki vasitələrin gətirilməsinin qarşısı alınıb
# 31 iyul 2018 12:10 (UTC +04:00)

Ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilmiş xeyli miqdarda pirotexniki vasitənin realizə edilməsinin qarşısı alınıb.

 

Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, "Opel Vectra" markalı avtomobil Qazax rayonu ərazisində saxlanılıb.

 

Vətəndaş Elşad Əhmədovun idarə etdiyi həmin nəqliyyat vasitəsinin yük yerinə baxış zamanı, orada pirotexniki vasitələrin olduğu müəyyən edilib. Daha sonra Tovuz Gömrük İdarəsinə gətirilən avtomobilə ətraflı baxış keçirilib.

 

Yoxlama zamanı nəqliyyat vasitəsinin yük yerində cəmi 751 ədəd müxtəlif markalı pirotexniki vasitələr aşkar olunub.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR