Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycanın dəmir yolu nəqliyyatı ilə 2,706 mln. sərnişin daşınıb.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, 2011-ci ilə nisbətən sözügedən nəqliyyatla sərnişin daşınmasının həcmi 21,6% azalıb.
Bununla yanaşı, dəmir yolu nəqliyyatı ilə 2012-ci ildə 22,9 mln. ton və ya əvvəlki ilə nisbətən 3,2% çox yük daşınıb. Orta hesabla sutkada 685 vaqon yüklənib, 559 vaqon boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 27 min ton, Qərb istiqaməti üzrə 6,5 min ton və Cənub istiqaməti üzrə 4,3 min ton yüklənmə işi yerinə yetirilib.