Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Ötən ilin IV rübündə Azərbaycanda tikinti işlərində qiymətlər əvvəlki rübə nisbətən 0,7% bahalaşıb.
«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, rüb ərzində yerüstü tikililər bölməsində 0,8%, yol və körpü tikintisində isə 0,2% bahalaşma müşahidə edilib.
Ötən ilin IV rübündə yerüstü tikililərdən yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,6%, sosial təyinatlı binaların tikintisi üzrə 1,1%, istehsal təyinatlı obyektlərin tikintisi üzrə isə 0,9% bahalaşma qeydə alınıb.
Rüb ərzində yaşayış tikintisində 5 mərtəbəyə qədər yaşayış evlərinin inşası üzrə qiymətlər 0,5%, 6 və çoxmərtəbəli yaşayış evlərinin tikintisi üzrə 0,6%, sosial təyinatlı binalardan inzibati binaların inşası üzrə 0,5%, ümumtəhsil məktəblərinin tikintisi üzrə 1,2%, istehsal təyinatlı obyektlərdən isə sənaye obyektlərinin tikintisi üzrə qiymətlər 0,9% bahalaşıb.
Yol tikintisi üzrə qiymətlər 0,1%, körpü tikintisi üzrə isə qiymətlər 1,1% bahalaşıb.