"Qida zəncirinin mühüm sahələrində təmsil olunan sahibkarlıq subyektlərində işləyənlər tibbi müayinədən keçəcəklər".
“APA-Economics”in məlumatına görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, həmin əməkdaşların tibbi müayinədən keçirilmə forması ilə bağlı öhədlik bilavasitə sahibkarlıq subyektlərinin rəhbərlərinin üzərinə düşür.
Q.Təhməzli bildirib ki, işçilərin tibbi müayinədən keçirilməsi ilə bağlı iş Səhiyyə Nazirliyi ilə birgə həyata keçiriləcək: “Biz sadəcə dövlət nəzarətini icra edəcəyik. Həmin işçilər Səhiyyə Nazirliyinin müvafiq tibbi mərkəzlərində tibbi müayinələrə cəlb olunacaq. Onlar tibbi kartlarla təmin olunacaqlar".