Bank Of Baku

Qida Təhlükəsizliyi Agentliyi təhsil müəssisələrində qidalanma rasionlarına nəzarət edəcək

Qida Təhlükəsizliyi Agentliyi təhsil müəssisələrində qidalanma rasionlarına nəzarət edəcək
# 29 iyun 2018 10:42 (UTC +04:00)

"İyul ayının birində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətlərindən biri də qida ticarəti sahələrinə nəzarətin həyata keçirilməsi olacaq".

 

APA-Economics”in məlumatına görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli bu gün keçirdiyi mətbuat konfransında bildirib. O, qida təhlükəsizliyinin ölkəmiz üçün çox önəmli olduğunu vurğulayıb.  

 

Q. Təhməzli əlavə edib ki, agentlik məktəbəqədər təhsil müəssisələrində, orta və ali məktəblərində qidalanma rasionlarına nəzarəti həyata keçirəcək: "Uşaqların qida təhlükəsizliyi çox önəmlidir. Yaxın zamanlarda Təhsil Nazirliyinə bununla bağlı bildirişlər təqdim ediləcək. Sonradan agentlik həmin müəssislər üzərində nəzarəti həyata keçirəcək".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR