Bank Of Baku

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elan etdiyi məqalə müsabiqəsinin qalibləri məlum olub

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elan etdiyi məqalə müsabiqəsinin qalibləri məlum olub
# 08 noyabr 2013 12:53 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) “İKT ili” çərçivəsində elan etdiyi “Elektron hökumət: mövcud problemlər, perspektiv gözləntilər” məqalə müsabiqəsinin 2-ci mərhələsinin qalibləri məlum olub.

 

APA-Economics”in məlumatına görə, bu gün RİTN-də bu müsabiqənin qaliblərinin mükafatlandırılması ilə bağlı tədbir təşkil olunub.

 

Qeyd edilib ki, ümumilikdə müsabiqədə iştirak etmək üçün 200 nəfər qeydiyyatdan keçib. Ancaq müsabiqənin birinci turuna 114 müxtəlif kütləvi-informasiya vasitələrində çalışan əməkdaşlar tərəfindən məqalələr təqdim edilib. Müsabiqənin ikinci turuna isə 11 məqalə daxil olub. Bu müsabiqənin əsas özəlliyi ondan ibarətdir ki, burada müsabiqənin qalibi onlayn səsvermə üsulu ilə müəyyən edilib.

 

Tədbirdə çıxış edən rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib ki, belə müsabiqələrin təşkilində məqsəd ictimaiyyətin elektron hökumət portalına marağının formalaşdırılması və bu portalın ətrafında ictimaiyyət arasında müzakirələrin aparılmasıdır.

 

Onun sözlərinə görə, elektron hökumət portalı ilə bağlı elan edilmiş məqalə müsabiqəsində 200 nəfərin qeydiyyatdan keçməsi və 114 nəfərin məqalələrini təqdim etməsi artıq bu portala olan marağın göstəricisidir: “Biz düşünürdük ki, elektron portalla bağlı araşdırmalar aparan insanlar azdır. Ancaq bu müsabiqə zamanı məlum oldu ki, bu qədər insan bu portal ətrafında araşdırmalar aparıb və cəmiyyətin bu sahəyə marağı və həvəsi artmaqdadır”.

 

Nazir müavini qeyd edib ki, RİTN-in məqsədi cəmiyyətin elektron hökumət portalından daha çox istifadə etməsinə və bu portaldan daha çox bəhrələnməsinə nail olmaqdır. E.Vəliyev deyib ki, elektron hökumət portalının xidmətləri bundan sonra da genişləndiriləcək.

 

Sonda müsabiqənin qalibləri elan olunub. @Elektron hökumət: mövcud problemlər, perspektiv gözləntilər” məqalə müsabiqəsinin 2-ci mərhələsinin qalibləri arasında 3-cü yeri Zahir Hətəmov, ikinci yeri Aynurə Əhmədova, 1-ci yeri isə Ruhiyyə Hüseynova tutub. Müsabiqənin qran-pri mükafatının sahibi isə Zülfiyyə Quliyeva olub. Onların hər birinə Rabitə və İnformasiya Nazirliyi tərəfindən pul mükafatı, noutbuk və diplomlar təqdim edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR