Dağıstan. Telman Tahirli – APA. Dağıstan Respublikasının Rusiya prezidenti yanındakı daimi nümayəndəsi Hacı Maxaçev Moskvada Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin rəis müavini, general-leytenant Yuri Alekseyevlə görüşüb.
APA-nın Dağıstan müxbirinin məlumatına görə, görüşdə Rusiya-Azərbaycan sərhədinin Yaraq-Qazmalar məntəqəsində sadələşdirilmiş piyada keçidinin açılması məsələsi də müzakirə olunub.