Bank Of Baku

Rusiyada partlayış baş vermiş ərazidən keçən qatar artıq Bakıya çatıb

Rusiyada partlayış baş vermiş ərazidən keçən qatar artıq Bakıya çatıb
# 30 dekabr 2013 06:58 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Ötən gün Rusiyanın Volqoqrad şəhərinin dəmir yolu vağzalında baş vermiş partlayış «Azərbaycan Dəmir Yolları» QSC-nin Bakı-Moskva marşrutu ilə hərəkət edən sərnişin qatarının hərəkətinə təsir etməyib.

 

Bunu «APA-Economics»ə açıqlamasında «Azərbaycan Dəmir Yolları» QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov bildirib.

 

N.Əzməmmədov deyib ki, həmin istiqamət üzrə hərəkət edən qatar artıq Bakıdadır. Qatar gecə saat 03:00-da Azərbaycan paytaxtına çatıb. Hər iki istiqamətdə qatarların hərəkət qrafikində heç bir dəyişiklik edilməyib.

 

Qeyd edək ki, Bakı-Moskva qatarı həftənin I, III və V günləri saat 20:55-də yola düşür və həmin günlər əhər saatlarında Bakıya çatır.

 

Xatırladaq ki, dünən Volqoqradın dəmir yolu vağzalında güclü partlayış olub. Hadisə nəticəsində 18 nəfərin həlak olduğu, 40-dan artığının isə yaralandığı bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR