Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Sabunçu yol qovşağından Zabrat qəsəbəsi istiqamətində və əksinə üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.
Avtomobil Yolları Dövlət Agentliyindən “APA-Economics”ə verilən xəbərə görə, rənglənmə işləri axşam saatlarınadək davam etdiriləcək.
Bu məqsədlə avtonəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə məhdudlaşdırılacaq. Sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.