Bank Of Baku

Şirvan şəhərinin Baş Planının təqdimatı keçirilib - FOTO

Şirvan şəhərinin Baş Planının təqdimatı keçirilib - <span style="color: red;">FOTO
# 05 iyun 2014 08:20 (UTC +04:00)

Şirvan. Əlibəy Zeynallı - APA. Şirvan şəhərinin Baş Planının ilkin layihəsinin ictimai müzakirəsi keçirilib.

 

Bu barədə APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə Şirvan şəhərinin Dövlət Şəhərsalma Kadastrının yaradılması layihəsi tərkibində Şirvan şəhərinin Baş Planının hazırlanması həyata keçirilib.

 

Baş Planın ilkin layihəsinin ictimai müzakirəsi 4 iyun 2014-cü il tarixdən başlayaraq 60 gün müddətində Şirvan şəhərində keçiriləcək. Hazırlanmış ilkin layihə ilə tanış olmaq üçün Şirvan şəhər İcra Hakimiyyətinin inzibati binasında Baş Planın ilkin layihəsinin təqdimatı keçirilib.

 

“Şirvan şəhərinin Dövlət Şəhərsalma Kadastrının yaradılması” layihəsinin icrası müvafiq satınalma proseduru əsasında Azərbaycan şirkəti “İNTEGRİS” MMC tərəfindən, oxşar layihələrdə uğurlu təcrübələrə malik Litva Respublikasının "Vilnüs Planas" müəssisəsi və "HNİT-BALTİC" QSC-ni cəlb etməklə həyata keçirilir.

 

Layihə çərçivəsində Şirvan şəhərinin Baş Planı, müvafiq ərazinin müfəssəl planlaşdırma layihəsinin hazırlanması, Dövlət Şəhərsalma Kadastrı coğrafi informasiya sisteminin, yeni tikililərin reyestrinin və şəhərin 3D modelinin yaradılması və tətbiqi həyata keçiriləcək.

 

Təqdimatda Şirvan Şəhər İcra Hakimiyyətinin məsul işçiləri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşları, Şirvan şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib. Şirkət nümayəndələri təqdimat iştirakçılarına Baş Plan layihəsi, tətbiq olunan yeniliklər haqda ətraflı məlumat verib, onları maraqlandıran sualları cavablandırıb. Məlumat verilib ki, Baş Plan layihəsi iki mərhələni - I mərhələ 2020-ci ilə qədər olan dövrü, II mərhələ isə perspektiv olaraq 2033-cü ilə qədər olan dövrü əhatə edəcək. Yeni layihəyə əsasən şəhər ərazisi 8 min hektara yaxın artmaqla 88 min hektara çatdırılacaq. Bu ərazidə 100 min nəfər rahat yaşaya biləcək. Belə ki, 1 nəfərə düşən orta yaşayış sahəsi 25 kv. metr təşkil edəcək. Bu da indikindən 9 kv. metr çoxdur. Ümumiyyətlə, yeni şəhər salmada yaşıllıq zolaqları da geniş ərazini əhatə edəcək. Şəhərin mərkəzindən keçən və problemlər yaradan dəmir yolu xətti də şəhər ərazisindən uzaqlaşdırılacaq. Layihəyə əsasən Hacıqabul gölünün ekoloji cəhətdən təmiz vəziyyətə gətirilməsi üçün tədbirlərin görülməsi də nəzərdə tutulub. Yeni layihənin üstünlüyü həm də ondadır ki, ilk dəfə olaraq şəhərin Baş Planı kadastrı da yaradılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR