Bakı - APA-Economics. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin qərarı ilə komitənin göstərdiyi elektron xidmətlər üzrə inzibati reqlamentlər təsdiqlənib.
«APA-Economics»in məlumatına görə, bura «Sınaq və ya kalibrləmə laboratoriyasının akkreditasiyası üçün müraciətin və sənədlərin qəbulu», «Sertifikatlaşdırma və ya inspeksiya orqanının akkreditasiyası üçün müraciətin və sənədlərin qəbulu», «Apellyasiya şurasına etirazın (ərizənin) verilməsi» üzrə inzibati reqlament, «Əmtəə nişanının və ya coğrafi göstəricinin dövlət reyestrində qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu», eləcə də «Əmtəə nişanına dair hüquqların verilməsi barədə müqavilələrin dövlət reyestrində qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu», «Cərimələrin internet vasitəsilə ödənilməsi» və s. olmaqla ümumilikdə 13 elektron xidmət üzrə inzibati reqlamentlər daxildir.