Sumqayıt Kimya Sənaye Parkının 10 hektar ərazisində logistik mərkəz yaradılacaq.
“APA-Economics”in məlumatına görə, bunu “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktoru Nazim Talıbov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, logistik mərkəzin gələn il istifadəyə verilməsi nəzərdə tutulur: “Logistik Mərkəzin istifadəyə verilməsi rezidentlərin idxal-ixrac əməliyyatlarına müsbət təsir göstərəcək”.
O qeyd edib ki, parkın şimal və cənub ərazilərində dəmir yolu xəttinin çəkilməsi işləri başa çatıb: "Artıq logistik mərkəzin layihə-smeta işləri bitib".