Bank Of Baku

Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Bakıda nümayəndəliyi açıla bilər

Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Bakıda nümayəndəliyi açıla bilər
# 14 may 2014 07:54 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Azərbaycanda öz nümayəndəliyini açmaq niyyətindədir.

 

Bunu jurnalistlərə açıqlamasında Bakıda səfərdə olan ÜƏMT-in baş direktoru Frensis Qarri bildirib.

 

“Təşkilatımız dünyanın bir neçə ölkəsində, o cümlədən Azərbaycanda nümayəndəliyinin açılmasında maraqlıdır. Bununla bağlı işlərimiz danışıqlar mərhələsindədir. Halı-hazırda proses davam edir”, - deyə F. Qarri bildirib.

 

F. Qarri həmçinin bildirib ki, Azərbaycana səfəri çərçivəsində bir sıra rəsmi görüş keçirəcək. “Təşkilatımızla Azərbaycan arasında əməkdaşlıq yüksək səviyyədədir. Xüsusilə, biz Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Müəllif Hüquqları Agentliyi ilə sıx əməkdaşlıq edirik. Elə səfərin məqsədi də bu əməkdaşlığın genişləndirilməsini müzakirə etməkdən ibarətdir”, - deyə o bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR