Bank Of Baku

Xarkov-Bakı aviareysi açılır

Xarkov-Bakı aviareysi açılır
# 11 mart 2013 10:03 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Martın 16-dan etibarən «UTair Ukraine» aviaşirkəti Xarkov-Bakı-Xarkov marşrutu üzrə birbaşa uçuşlara başlayacaq.

 

Heydər Əliyev Beynəlxalq Aeroportundan «APA-Economics»ə verilən məlumata görə, Xarkovdan Bakıya və əks istiqamətdə uçuşlar hər həftənin VI günləri «Charles» tipli təyyarələri ilə yerinə yetiriləcək: «Xarkovdan təyyarə yerli vaxtla saat 22:00-da havaya qalxacaq və Bakı vaxtı ilə saat 02:30-da Heydər Əliyev Beynəlxalq Aeroportuna enəcək. Bakı-Xarkov aviareysi üzrə isə uçuş saat 03:30-da yerinə yetiriləcək ki, təyyarə Xarkov vaxtı ilə saat 04:00-da hava limanına enəcək».

 

Qeyd edək ki, hazırda Bakı ilə Xarkovu həmçinin dəmir yolu əlaqəsi birləşdirir. Bakıdan Xarkova qatar həftənin II günləri saat 23:30-da hərəkət edir və qatar mənzil başına IV günü saat 17:32-də çatır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR