Bank Of Baku

Xarkov-Bakı aviareysləri yenidən açılır

Xarkov-Bakı aviareysləri yenidən açılır
# 11 iyun 2014 15:37 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Ukraynanın Xarkov şəhərindən Bakıya uçuşlar bərpa olunur. Xarkov Azərbaycanlılar Konqresinin sədri Qurban Abbasov APA-ya açıqlamasında bildirib ki, aviareyslər konqresin təşəbbüsü ilə “Dnepravia” aviaşirkəti tərəfindən həyata keçiriləcək.

 

İyunun 21-dən start veriləcək Xarkov-Bakı reysləri həftədə iki dəfə - çərşənbə və şənbə günləri gerçəkləşdiriləcək.

 

Qeyd edək ki, Ukraynada baş verən hadisələrlə əlaqədar bir müddət əvvəl başqa bir şirkət tərəfindən həftədə bir dəfə həyata keçirilən Xarkov-Bakı aviareysləri dayandırılmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR