APA-nın məlumatına görə, bunu Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənov Düşənbədə keçirdiyi brifinqdə deyib.
Düşənbə-Bakı birbaşa aviareysinin bərpasının həll edilməmiş məsələlərdən biri olduğunu deyən diplomat hazırda müvafiq istiqamətdə danışıqlar aparıldığını bildirib.
A.Həsənov yaxın vaxtlarda birbaşa aviareysin açıla biləcəyini istisna etməyib.