Bank Of Baku

Yaşayış binalarında elektrik sobalarına keçid tələbi qoyulur

Yaşayış binalarında elektrik sobalarına keçid tələbi qoyulur
# 22 oktyabr 2026 11:40 (UTC +04:00)

Yaşayış binalarında elektrik sobalarına keçid tələbi qoyulur.

APA xəbər verir ki, bu, “Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası” sənədində əksini tapıb.

Sənədə əsasən, təbii qazla işləyən avadanlıqların elektrikləşdirilməsi çərçivəsində 2035-ci ilədək yaşayış binalarında elektrik sobalarına keçid hədəfi müəyyənləşir. Elektrik sobalarını işlətmək üçün bərpa olunan elektrik enerjisindən istifadənin dəstəklənməsi, şəhər və kənd yerlərində elektrik sobalarının quraşdırılmasının təşviqi planlaşdırılır.

Bütün binalarda 2060-cı ilədək elektrik sobalarının payını 100%-ə çatdırılması, bütün yeni binalarda elektrik sobalarının olması tələbləri də nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR