Bank Of Baku

Yekaterinburq-Bakı aviareysi açılır

Yekaterinburq-Bakı aviareysi açılır
# 27 mart 2019 13:16 (UTC +04:00)

Bu ilin iyun ayının 18-dən etibarən Rusiyanın “İrAero” aviaşirkəti Yekaterinburq-Bakı marşrutu üzrə birbaşa aviareyslərin yerinə yetirilməsinə başlayacaq. ONA-nın aviaşirkətə istinadən verdiyi məlumata görə, sözügedən aviareys üzrə uçuşlar hər həftənin II günləri “Sukhoi Superjet 100” avialayneri ilə həyata keçiriləcək.

Bakıdan Yekaterinburqa təyyarə saat 12:30-da, əks istiqamətdə isə yerli vaxtla saat 16:30-da havaya qalxacaq. Uçuşun ümumi vaxtı 3 saat təşkil edəcək.

Qeyd edək ki, sözügedən aviareys üzrə biletlər artıq satışa çıxarılıb. Bir istiqamətə biletin qiyməti 10,5 min rubl (277 manat) təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR