Bank Of Baku

Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi üçün yaradılan qurum ləğv edilib

Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi üçün yaradılan qurum ləğv edilib
# 20 mart 2019 09:24 (UTC +04:00)

İqtisadiyyat Nazirliyinin nəzdində təsərrüfathesablı Tikilən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin Müdiriyyəti ləğv edilib.

ONA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı müvafiq qərar qəbul edib.

Qərarda qeyd edilib ki, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisi layihəsi çərçivəsində İqtisadiyyat Nazirliyinin nəzdində təsərrüfathesablı Tikilən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin Müdiriyyəti qarşısında qoyulmuş məqsədlərə nail olunduğunu nəzərə alaraq, dövlət büdcəsi vəsaitinə qənaət olunmasının təmin edilməsi məqsədi ilə İqtisadiyyat Nazirliyinin nəzdində təsərrüfathesablı Tikilən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin Müdiriyyəti ləğv edilsin.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR