Ucarda piyadanın ölümü ilə nəticələnmiş yol qəzası baş verib

Ucarda piyadanın ölümü ilə nəticələnmiş yol qəzası baş verib
# 15 noyabr 2015 19:36 (UTC +04:00)

Ucar. Zahid Abışov-APA. Ucarda piyadanın ölümü ilə nəticələnən yol - nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə axşam saatlarında Bakı- Qazax əsas magistral yolunun Ucar rayonunun Qaradağlı kəndindən keçən hissəsində qeydə alınıb.

"Mercedes" markalı minik maşını yolu keçən piyada, rayonun Qaradağlı kənd sakini, 1983-cü il təvəllüdlü Səmədov Vüsal Vaqif oğlunu vurub.

Ağır xəsarətlər alan piyada hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR