Mexikoda “Azərbaycanın təqdimatı” adlı tədbiri keçirilib

Mexikoda “Azərbaycanın təqdimatı” adlı tədbiri keçirilib
# 21 sentyabr 2016 07:20 (UTC +04:00)

Bakı-APA. Meksikanın paytaxtı Mexiko şəhərində yerləşən “Naucalli” parkının mədəniyyət sarayında “İnstituto de Cultura y Parque Naucalli”-nin təşkilatçılığı və Azərbaycanın Meksikadakı səfirliyinin dəstəyi ilə “İpək Yolu” (La Ruta De La Seda) adı altında “Azərbaycanın təqdimatı” tədbiri keçirilib.

Səfirliyin mətbuat xidmətindən APA-ya bildirilib ki, səfirliyin müvəqqəti işlər vəkili Mehriban Səmədova çıxış edərək bu kimi tədbirlərin müasir qloballaşma dövründə planetin ayrı-ayrı hissələrində yerləşən iki ölkə və Amerika ilə Avrasiya kimi iki nəhəng gitə arasında informasiya və fikir mübadiləsinin aparılmasında tərəflərin bir-birini kənar təsirlərin müdaxiləsi olmadan daha yaxından tanıması üçün bir körpü olduğunu deyib. Onun sözlərinə görə, Azərbaycan dini mənsubiyyət baxımından müsəlman ölkəsi olsa da, tarixən qərblə yaxın əlaqələri olub.

Daha sonra tamaşaçılara “Azərbaycan haqqında” videoçarx nümayiş etdirilib, Mexikoda fəaliyyət göstərən Nour Said folklor qrupu Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin “Yeddi gözəl” poemasından və digər şərq xalqlarının repertuarından rəqslər ifa edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR