Kürdəmirdə minik maşını “KamAZ”a çırpılıb, 4 nəfər xəsarət alıb

Kürdəmirdə minik maşını “KamAZ”a çırpılıb, 4 nəfər xəsarət alıb
# 30 aprel 2016 13:34 (UTC +04:00)

Kürdəmir. Zahid Abışov-APA, Kürdəmirdə 4 nəfərin xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu gün günorta saatlarında Bakı-Qazax əsas magistral yolunun 197-ci kilometrliyində, Kürdəmir rayonunun Şilyan kəndindən keçən hissəsində rayonunun Qaraqocalı kənd sakini, 1979-cu il təvəllüdlü Aqil Cabir oğlu İsayev "KamAZ" markalı yük maşınını yolun kənarında saxlayıb. Bu vaxt 1955-ci il təvəllüdlü Hakim Həsən oğlu Məsimovun idarə etdiyi "Nissan" markalı minik maşını "KamAZ"a çırpılıb. Nəticədə hər iki sürücüsü və minik maşınında olan sərnişinlər - Şəmkir rayon sakinləri Tural Zöhrab oğlu Abbasov və hələlik soyadı məlum olmayan Sadiq adlı şəxs Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirib.

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırmalara başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR