Azərbaycan “Vikinq” konteyner qatarı layihəsinə qoşula bilər

Azərbaycan “Vikinq” konteyner qatarı layihəsinə qoşula bilər
# 11 noyabr 2015 14:47 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. “Vikinq” konteyner qatarı layihəsinə Azərbaycan da qoşula bilər.

APA-Economics”in BNS-ə istinadən verdiyi xəbərə görə, bu barədə Litvanın rabitə və nəqliyyat nazirinin müavini Saulyus Qirdauskas məlumat verib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin bu layihəyə qoşulması konteyner qatarı marşrutunu alternativ yol ilə Qazaxıstan və Çinə, Asiyanın uzaq ölkələrinə qədər genişlənməsinə şərait yaradacaq”, - deyə nazir müavini bildirib.

Litvanın Rabitə və Nəqliyyat Nazirliyi Azərbaycanın “Vikinq” layihəsinə qoşulması üçün rəsmi dəvət göndərib. Azərbaycanın bu layihəyə qoşulması Qazaxıstan və Çindən Litvaya daha çox yük daşınmasına imkan yaradacaq. Bununla da, Türkiyədən Ukrayna limanlarına konteynerlər Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə olunmaqla tədarük olunacaq.

Qeyd edək ki, 1 753 km uzunluğu olan “Vikinq” kombinə olunmuş nəqliyyat qatarı layihəsi Ukrayna, Belarus və Litvadan keçməklə Baltikyanı regionunu Qara, Aralıq və Xəzər dənizində yerləşən dəniz konteynerləri ilə birləşdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR