Türkiyə səfiri Bakı Türk Şəhidliyini ziyarət edib

Türkiyə səfiri Bakı Türk Şəhidliyini ziyarət edib
# 30 avqust 2017 08:19 (UTC +04:00)

Türkiyənin 30 avqust - Zəfər bayramı münasibətilə bu ölkənin Azərbaycandakı səfiri Erkan Özoral və səfirliyin əməkdaşları Bakıdakı Türk Şəhidliyini ziyarət ediblər.

APA-nın məlumatına görə, əvvəlcə şəhidlikdəki abidə önünə əklil qoyulub. Hər iki ölkənin dövlət himnləri səsləndikdən sonra səfir Şəhidlik dəftərini imzalayıb.

E. Özoral yazdıqlarını ucadan oxuyub. O qeyd edib ki, türk milləti bu qələbəni əzmkarlıqla qazanıb: "Bu əzmkarlığın azalmadığını ötən il dünyaya bir daha göstərdik. Bu əzmkarlıq eyni güclə davam edəcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR