Bakıda avtomobildən 10 min manata yaxın pul oğurlanıb

Bakıda avtomobildən 10 min manata yaxın pul oğurlanıb
# 28 oktyabr 2017 09:56 (UTC +04:00)

Bakı şəhərində avtomobildən külli miqdarda pul oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, oktyabrın 26-da Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Salyan rayon sakini Elman Axundova məxsus BYD markalı avtomobildən 9242 manat pul oğurlanıb.

Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən həmyerlisi Röyal Həsənov tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR