İran XİN rəhbəri: "İraq Kürdüstanında müstəqillik referendumunun faciəvi fəsadları olacaq"

İran XİN rəhbəri: "İraq Kürdüstanında müstəqillik referendumunun faciəvi fəsadları olacaq"
# 18 iyul 2017 09:52 (UTC +04:00)

“İraq Kürdüstanında planlaşdırılan müstəqillik referendumunun ölkə və region üçün faciəvi fəsadları olacaq”.

APA-nın RİA "Novosti”-yə istinadən verdiyi məlumata görə, bunu İran xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

“Hesab edirik ki, referendum düzgün seçim deyil. Referendum təkcə bölgənin kürd əhalisinə toxunmayacaq. Fikrimcə, bunun İraqın və bütövlükdə regionun təhlükəsizliyinə faciəvi təsiri olacaq”, - deyə nazir bildirib.

Qeyd edək ki, 2005-ci ildən İraqın şimalında Kürdüstan muxtariyyəti yaradılıb. Muxtariyyətin hakimiyyət orqanları sentyabrın 25-də müstəqillik haqqında referendumun keçiriləcəyini bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR