SKMF-dan cəlb olunan vəsaitlər sahibkarlara altıqat baha verilir

SKMF-dan cəlb olunan vəsaitlər sahibkarlara altıqat baha verilir
# 05 dekabr 2016 10:25 (UTC +04:00)

30 iyun 2016-cı il tarixinə "PAŞA Bank" ASC Sahibkarlığa Kömək Milli Fondu (SKMF) müddəti 2026-cı ilin mart ayında (31 dekabr 2015-ci il: 2025-ci ilin sentyabr ayı) başa çatan və illik faiz dərəcəsi 1% olan 79,956 mln. manat (31 dekabr 2014-cü il: 67,436 mln. manat) məbləğində kreditlər alıb.

"APA-Economics" "Ernst&Young" şirkəti tərəfindən aparılan bankın konsolidasiya olunmuş audit hesabatına istinadən xəbər verir ki, kreditlər sahibkarlığa dair dövlət proqramı əsasında ölkədə sahibkarlıq mühitinin tədricən təkmilləşdirilməsinə kömək göstərmək məqsədilə alınıb.

Kreditlər sahibkarlara illik 6% dərəcəsi ilə verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR