Əli Əhmədov: “Dərmanların hazırlanması üçün xammal xaricdən gətiriləcək”

Əli Əhmədov: “Dərmanların hazırlanması üçün xammal xaricdən gətiriləcək”
# 17 yanvar 2017 10:27 (UTC +04:00)

“Azərbaycanda dərman preparatlarının istehsalına başlanandan sonra xaricdən dərman gətirilməsinə son qoyulacaq”.

APA-nın xəbərinə görə, bunu baş nazirin müavini Əli Əhmədov deyib. Əli Əhmədov bildirib ki, hazırda ölkəyə dərman preparatları idxal olunur. Bunun üçünsə böyük məbləğdə valyuta lazımdır: “Milli sağlamlığın qorunması üçün də dərmanların ölkədə istehsalı vacibdir. Bu məqsədlə dərman zavodlarının qurulmasına start verilib, yaxın günlərdə istehsala başlanacaq. Dərmanların hazırlanması üçün xammal indiki mərhələdə xaricdən gətiriləcək. Daha sonra xammalın da ölkədə istehsalına start veriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR