İran Prezidenti sosial uzaqlaşdırma tədbirlərinin iki-üç həftə davam edəcəyini bildirib

İran Prezidenti sosial uzaqlaşdırma tədbirlərinin iki-üç həftə davam edəcəyini bildirib
# 21 mart 2020 14:25 (UTC +04:00)

İran Prezidenti Həsən Ruhani COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində ölkədə tətbiq olunan sosial uzaqlaşdırma tədbirlərinin həmçinin səyahətlərə tətbiq olunan məhdudiyyətlərin növbəti iki-üç həftə davam edəcəyini bildirib.

APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə Həsən Ruhani çıxışında deyib.

O, növbəti iki-üç həftə ərzində virusun sürətli yayılmasının dayanacağına inandığını qeyd edib. "İran iqtisadi istehsalın normal vəziyyətə dönməsi üçün lazım olan addımları atmalıdır", Ruhani bildirib.

İran Prezidenti həmçinin ölkədəki bəzi qüvvələri iqtisadi istehsalın dayanması üçün plan hazırlamaqda ittiham edib.

Qeyd edək ki, İran Çin və İtaliyadan sonra koronavirusun nəticələrindən ən çox təsirlənən ölkədir. Bu günədək ölkədə COVID-19 virusuna yoluxmuş 1556 nəfər vəfat edib, 20000-dən çox adam bu virusa yoluxub.

Zümrüd Paşkin

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR