Təhsil naziri Masallıda vətəndaşları qəbul edib - FOTO

Təhsil naziri Masallıda vətəndaşları qəbul edib - <span style="color: red;">FOTO
# 10 mart 2015 12:01 (UTC +04:00)

Masallı. Ağəddin Babayev - APA. Təhsil naziri Mikayıl Cabbarov bu gün Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində Lənkəran, Masallı, Astara, Lerik, Yardımlı və Cəlilabad rayonlarında yaşayan bir qrup vətəndaşı qəbul edib. APA-nın cənub bürosunun məlumatına görə, nazirliyin idarə və departamentlərinin, həmçinin tabeli qurumları rəhbərlərinin iştirak etdikləri qəbulda 50-ə yaxın vətəndaşın müraciətinə baxılıb.

Qəbul zamanı M. Cabbarova ünvanlanmış müraciətlər əsasən işə qəbul, xaricdə təhsil, məktəblərin təmiri, iş yerlərinin dəyişdirilməsi, tələbələrin bir ali təhsil ocağından digərinə köçürülməsi və sairə bu kimi məsələlərlə bağlı olub.

Hər bir vətəndaşı dinləyən nazir qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun surətdə həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib. Müraciətləri bir qismi yerindəcə həllini tapıb.

Təhsil Nazirliyinin səlahiyyətinə aid olmayan məsələlər isə aidiyyatı qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR