Qüdsdə toqquşmalar zamanı xəsarət alanların sayı 120 nəfəri keçib

Qüdsdə toqquşmalar zamanı xəsarət alanların sayı 120 nəfəri keçib
# 28 iyul 2017 02:03 (UTC +04:00)

Qüdsün tarixi mərkəzində baş verən toqquşmalar zamanı xəsarət alanların sayı 120 nəfəri keçib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Qızıl Aypara” cəmiyyətinin məlumatında bildirilir.

Məlumata görə, yaralananların əksəriyyəti rezin güllələr və qazlardan xəsarət alıblar.

Polisin məlumatına görə, asayiş keşikçilərinin Əl-Aksa məscidi qarşısında toplaşan dindarlar tərəfindən daş-qalaq edilməsi qarşıdurmaya səbəb olub. Polis toqquşmalar zamanı yalnız bir polis əməkdaşının yaralandığını iddia edir.

Fələstinlilər isə, öz növbəsində, insidentin baş verməsində israilliləri günahlandırıblar. Onlar israillilərin dindarların Əl-Əksa məscidinə daxil olmasına imkan vermədiklərini iddia ediblər.

Xatırladaq ki, iyulun 25-də Qüdsdə “Əl-Aksa” məscidinin girişində İsrail tərəfindən quraşdırılan metal detektorlar və video kameralar götürülüb. Müsəlmanların sərt etirazına səbəb olmuş elektron təhlükəsizlik sistemləri İsrailin hərbi-siyasi kabinetinin qərarı ilə ləğv edilib.

Qeyd edək ki, iyulun 14-də Qüdsdə “Əl-Aksa” məscidi yaxınlığında fələstinli gənc İsrail polislərinə hücum edib. Nəticədə 2 polis ölüb, daha biri yaralanıb. Bundan sonra İsrail hökuməti “Əl-Aksa” məscidinə girişdə yeni təhlükəsizlik qaydaları tətbiq edib. Bu, fələstinlilərin kütləvi etirazı ilə qarşılanıb.

İsrail təhlükəsizlik qüvvələri ilə toqquşmalar nəticəsində 4 fələstinli ölüb, yüzlərlə şəxs yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR