Şimal bölgəsində keçirilən velosipedçilərin yarışı başa çatıb - FOTO

Şimal bölgəsində keçirilən velosipedçilərin yarışı başa çatıb - <span style="color: red;">FOTO
# 07 oktyabr 2014 13:55 (UTC +04:00)

Quba. Vəli Turan – APA. Oktyabrın 4-dən 7-dək Quba, Qusar və Xaçmaz rayonlarında keçirilən çoxgünlük ötüşmələr üzrə Azərbaycan çempionatı başa çatıb.

APA-nın şimal bürosunun məlumatına görə, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən təşkil edilən yarışda 100-ə yaxın velosipedçi iştirak edib.

Üç kateqoriya üzrə təşkil olunan yarışın finalı oktyabrın 7-də Qubada keçirilib.

Yarışın son günündə “U-15” komandası 17, “U-17” komandası 52, “Elit” komandası isə 85 km məsafədə yarışıb. Hər üç kateqoriyada çempionatın qalibi adını Azərbaycan idmançıları qazanıb.

Ölkə çempionatında ilk dəfə paytaxt və Sumqayıt velosipedçiləri ilə yanaşı, Oğuz rayonunda fəaliyyət göstərən velosiped bölməsinin idmançıları iştirak ediblər.

Qeyd edək ki, Azərbaycan çempionatının açıq xarakterli olması Gürcüstan yığma komandasının 10 üzvünün turnirdə mübarizə aparmasına imkan verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR